Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və xanımı Anna Hakobyan fevralın 3-dən 7-dək Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaqlar. Bu barədə Ermənistan Respublikasının hökuməti məlumat yayıb.
Baş nazir səfər çərçivəsində Vaşinqtonda keçiriləcək 5-ci İllik Beynəlxalq Din Azadlıq Sammitində, həmçinin “Milli dua səhər yeməyi”ndə iştirak edəcək. Bir sıra digər görüşlər də nəzərdə tutulub.