Sülh müqaviləsi ilə bağlı 17 maddədən 15-i razılaşdırılıb və bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib.
"Biri üçüncü ölkə qüvvələrinin sərhəd boyu yerləşdirilməməsi barədədir. Biz təklif edirik ki, bu, sərhədin delimitasiya olunmuş hissələrinə tətbiq edilsin.
Hüquq müstəvisində bir problem də var: mübahisələrin beynəlxalq qurumlardan geri götürülməsi mövzusu kiç bu da müəyyən şərait və şərtlərdə bizim üçün məqbul sayıla biləcək...
İdeya ondan ibarətdir ki, əmin olmalıyıq ki, biz beynəlxalq hüquq müstəvisindən sadəcə olaraq şeyləri geri çağırmırıq, biz ümumiyyətlə bu mübahisələrdən imtina edirik.
Əks halda elə bir vəziyyət yarana bilərdi ki, biz bir iddianı geri götürdük, Azərbaycan isə iddialarını geri götürdü, yəni beynəlxalq məhkəmələrə müraciət etməməyə razılaşdıq. Amma növbəti mərhələdə Azərbaycan ikitərəfli münasibətlərdə bu iddiaları masaya yatıracaq və bunun ətrafında gərginliklər ola bilər. Və bu halda biz artıq o eskalasiyanın əsasını idarə etmək, beynəlxalq platformalardan istifadə etmək yolumuzu bağlamış olacağıq. Ona görə də, əgər biz bu mübahisələrdən tamamilə imtina etsək və digər incə humanitar məsələlər də var, bu, bizim üçün məqbul ola bilər”.