Ukrayna hakimiyyəti Azərbaycan qazının Avropaya tranzit imkanlarını nəzərdən keçirməyə başlayıb, Slovakiyanın baş naziri Robert Fitso bildirib. O, "ən ağıllı" həll yolunun Rusiya qazının Ukrayna ərazisindən tranzitinin davam etdirilməsi olacağı fikrini bildirib.
"Ukrayna prezidenti Zelenskiyə göstərdiyimiz böyük təzyiq altında Kiyev Azərbaycan qazının öz ərazisi ilə Avropaya tranzit imkanlarını nəzərdən keçirmək istəyindən danışmağa başlayır", - Fiko qeyd edib. O, Ukraynanın Rusiyadan qaz tranzitini dayandırmaq qərarının Avropada qazın qiymətinə təsir edən “fəlakətli nəticələrə” malik olduğuna əmin olduğunu bildirib. Onun sözlərinə görə, Slovakiyanın 2026-cı il üçün ehtiyatlarını artırmaqla bağlı problemləri ola bilər.
Ukraynanın "Naftoqaz" şirkəti ilə müqavilənin müddəti başa çatdığı üçün "Qazprom" yanvarın 1-dən Ukrayna üzərindən Avropaya qaz nəqlini dayandırıb. Macarıstan və Slovakiya Ukraynanın mövqeyinin onların enerji təhlükəsizliyinə zərər vurduğunu iddia edirlər. Robert Fitso bəyan edib ki, Vladimir Zelenski qaz danışıqlarında Kiyevin NATO üzvlüyünə dəstək istəyib.