Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-yə gözlənilən səfəri çərçivəsində ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüş planlaşdırılmayıb.
Bunu mətbuat konfransında baş nazir Paşinyan bildirib.
“ABŞ prezidenti ilə görüş nəzərdə tutulmur. Hazırda proqramımızda belə bir maddə yoxdur", - baş nazir bildirib.
Xatırladaq ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri fevralın əvvəlinə nəzərdə tutulur.