ATƏT-in Minsk Qrupu öz fəaliyyətini 2022-ci ilin fevralında dayandırıb. O öz fəaliyyətini məhz fransalı və amerikalı həmsədrlərin günahı ucbatından bitirib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Fəaliyyətdə olan mandatlarına baxmayaraq, onlar heç bir məsləhətləşmə, kommunikasiya olmadan rusiyalı həmsədrlə təmaslardan imtina ediblər”, - deyə Zaxarova qeyd edib.
“Bütün bunlar ona gətirib çıxarıb ki, Minsk qrupu öz fəaliyyət predmetini itirib. Belə təxirəsalınmaz tədbir Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşmasına yardım etmək məqsədi daşıyır”, - deyə Rusiya XİN sözçüsü bildirib.