Gürcüstanın baş naziri İrakli Kobaxidze baş nazir Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı iki ölkə arasında iqtisadi əlaqələrin vacibliyini vurğulayıb.
"Biz bu sahələrdə müsbət tendensiyalardan çox razıyıq. İqtisadi və ticarət sahələrinin də dost xalqlarımız arasında inkişaf potensialı var. Biz hələ də istifadə olunmayan bu potensialdan ən yaxşı şəkildə istifadə etməyə çalışacağıq",- Gürcüstanın baş naziri bildirib.
İki ölkə arasında münasibətlərə toxunan Gürcüstan baş naziri qeyd edib ki, tərəfdaşlıq və dostluq çox möhkəm təməllər üzərindədir və böyük potensiala malikdir.