Bu, çox mühüm formatdır, bu komitənin əhəmiyyəti ondan ibarətdir ki, hökumətlərarası komitə iclasına iki baş nazir sədrlik edir. Bu sessiyada hər iki ölkənin hökumətləri iştirak edir ki, bu da iki ölkənin müxtəlif istiqamətlərdə çox güclü əlaqələrinin olması deməkdir.
Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu gün Yerevanda keçiriləcək 14-cü sessiyasının gündəliyinə istinadən bildirib.
“Bizim ümumi maraqlarımız və ümumi faydalarımız var, hər ikimiz əlaqələrimizi daha da gücləndirmək istəyirik. Buna, təbii ki, iqtisadi əməkdaşlıq, nəqliyyat, tərəfdaşlıq, ekoloji əməkdaşlıq, turizmin inkişafı da daxildir. Bunlar hər iki ölkə üçün çox vacib və əlaqələri gücləndirə biləcək mövzulardır.
Qeyd edim ki, Gürcüstan həqiqətən də Ermənistanda sülh və sabitliyin bərqərar olması üçün vasitəçi kimi çıxış etmək arzusundadır.
“Əlbəttə, biz qonşu ölkələrimiz arasında inkişaf edən bu sülh prosesini asanlaşdırmağa hazır olduğumuzu bildirəcəyik”, - deyə nazir qeyd edib.