Ermənistanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq dostluğa, bizim çoxəsrlik sıx münasibətlərimizə və bizi birləşdirən əməkdaşlığa əsaslanır. Bu əsaslar ölkələrimiz arasında möhkəmdir. Təbii ki, artıq strateji tərəfdaşlıq adlandırdığımız bu çərçivə əlaqələri bütün istiqamətlərdə daha da gücləndirəcək. Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı bildirib.
"Ermənistan ənənəvi olaraq bizim ilk 10 iqtisadi tərəfdaşımız siyahısındadır. Bu, bizim üçün çox vacibdir. Bizim iqtisadi əlaqələrimizi inkişaf etdirmək üçün daha çox imkanlarımız var və biz görürük ki, turizm sektorunda çox böyük tendensiya var. Gürcüstana çoxlu sayda erməni səfər edir və biz onları qəbul etməkdən çox şadıq və biz şadıq ki, onlar bizim üçün ən çox ziyarət edilən üç ölkə arasındadır”.