Ötən il ölkələrimiz arasında strateji tərəfdaşlığın yaradılması Ermənistan və Gürcüstan arasında dövlətlərarası münasibətlərə yeni təkan verib. Əminəm ki, hökumətlərimizin birgə səyləri ilə biz qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığı daha da dərinləşdirəcəyik.
Bunu N. Paşinyan Yerevanda Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransı zamanı deyib.
“Bu gün komitəmiz Ermənistan və Gürcüstan arasında iqtisadiyyat, nəqliyyat, rabitə və kommunikasiyalar, enerji, turizm, kənd təsərrüfatı, ətraf mühit, səhiyyə, mədəniyyət, təhsil, elm və bir sıra digər sahələrdə mövcud əməkdaşlıq proqramlarını və qarşılıqlı fəaliyyətin yeni perspektivlərini hərtərəfli müzakirə edib.
Ölkələrimiz müxtəlif məsələlərdə bir-birinin mövqelərinə və prioritetlərinə strateji tərəfdaşlara yaraşan hörmət və qayğı ilə yanaşır, nəinki zərərin qarşısını almağa, həm də bir-birinin maraqlarının irəliləyişinə maksimum dəstək verməyə çalışır”.