Biz bu regionda qarşılıqlı məqbul layihələrin yaradılması istiqamətində səyləri daha da gücləndirməyə hazırıq.
Biz Ermənistanın tərəfdaşlığını alqışlayırıq və onu Aİ və ABŞ ilə daha da dərinləşdirmək istəyirik.
Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı bildirib.
“Düşünürəm ki, bu, bütövlükdə region üçün çox faydalı olacaq və biz qonşu dövlətlərin daha da inkişaf olmuş beynəlxalq tərəfdaşlarla əlaqələrinigörməkdən məmnun olarıq”, - Gürcüstan Xİ naziri deyib.
Bojorişvili çıxışının sonunda Ermənistan xarici işlər nazirini Gürcüstana dəvət edib. Mirzoyan bu təklifi qəbul edib.