Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Martuni patrul qrupuna qoşulub və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparıb.
"Qəhvə və qonaqpərvərliyə görə yerli sakinlərə təşəkkür edirəm. Aİ-nin Ermənistandakı missiyası ictimaiyyətin etimadı ilə fəxr edir və regionda təhlükəsizliyin təmin edilməsinə sadiq qalacaq", - Avropa Birliyinin Ermənistandakı missiyasının X mikrobloqundakı postunda deyilir.