2024-cü ildə Ermənistan-Gürcüstan münasibətləri əhəmiyyətli, nəzərəçarpacaq irəliləyiş əldə edib.
Biz bir-birimizlə strateji tərəfdaşlıq haqqında sənəd imzaladıq, 2024-cü ildə rəsmi olaraq strateji tərəfdaş olduq. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Əlbəttə, etiraf etmək lazımdır ki, bizim həm iki ölkə, həm də iki xalq arasında münasibətlərimiz əsrlər boyu strateji tərəfdaşlıq xarakteri daşıyır. Lakin bu yeni sənəd, münasibətlərin bu yeni keyfiyyəti bizə həm rəsmi olaraq siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, həm də humanitar, təhsil, elm və bütün digər sahələrdə tərəfdaşlığımızı gücləndirmək üçün yeni imkanlar açır”,- deyə nazir qeyd edib.
Mirzoyan həmçinin qeyd edib ki, görüş zamanı iki ölkənin birgə nailiyyətləri ümumiləşdirilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib, Ermənistan və Gürcüstan, eləcə də iki xarici işlər nazirlikləri arasında yüksək səviyyədə real və yaxşı dialoqun mövcudluğu vurğulanıb.