Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili yanvarın 30-da Ermənistana rəsmi səfərə gələcək.
Bu barədə Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçiriləcək. Sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.