28 yanvar Ermənistan ordusunun yarandığı gündür, dövlətimizin nizami ordusunun artıq 33 yaşı tamam olur.
Ordu Günü münasibətilə baş nazir Nikol Paşinyan Respublika prezidenti Vahaqn Xaçaturyan, Parlamentin sədri Alen Simonyan və Ermənistanın ali rəhbərliyi ilə birlikdə vətənin müstəqilliyi uğrunda canlarını fəda edən ermənilərin xatirəsini ehtiramla yad etmək üçün Yerablur Hərbi Panteonuna baş çəkib.
Ermənistan Silahlı Qüvvələri günü 2001-ci il yanvarın 6-da Ermənistan prezidentinin imzaladığı “Ermənistan Respublikasının bayramları və anım günləri haqqında” qanunla təsis edilib.
2002-ci il noyabrın 20-də Ermənistan Konstitusiyasına dəyişiklik edilib və ona görə yanvarın 28-i qeyri-iş günü kimi müəyyən edilib.
1992-ci ilin həmin günü “Ermənistan Respublikasının müdafiəsi haqqında” Qərar qəbul edildiyi üçün Ermənistan Ordusu Günü yanvarın 28-də qeyd olunur.