Azərbaycan müdafiə nazirinin müavini Hikmət Mirzəyev Türkiyə ilə Suriya sərhədində olub.
Azərbaycan mətbuatının məlumatına görə, Mirzəyev Türkiyə Baş Qərargah rəisi Metin Gürak və digər komandirlərlə görüşlər keçirib.
Türkiyə Müdafiə Nazirliyi də Azərbaycan hərbçilərinin Türkiyə xüsusi təyinatlıları komandanlığı ilə görüşdə iştirak etdiyini bildirib.
Bundan əvvəl Azərbaycan rəhbərliyi Suriyanın yenidən qurulmasında Türkiyə ilə birlikdə iştirak edəcəyini açıqlamışdı.