Yanvarın 27-də Təhlükəsizlik Şurasının katibi Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin rəhbəri Bris Rokfonu qəbul edib.
“Görüş zamanı biz Ermənistan və Fransa arasında qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərə toxunduq və bir sıra əsas sahələrdə Ermənistan-Fransa çoxsahəli əməkdaşlığının gücləndirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğuladıq.
Mən həmkarımla aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - Armen Qriqoryan Facebook səhifəsində yazıb.