Rusiya ABŞ administrasiyası ilə təmaslardan heç vaxt imtina etməyib, Vladimir Putin bildirib ki, əvvəlki ABŞ administrasiyası bundan imtina edib.
Rusiya prezidenti qeyd edib ki, o, ABŞ-ın hazırkı prezidenti Donald Trampla həmişə praktiki, praqmatik və etibarlı münasibətdə olub.
“Mən onunla razılaşmaya bilmərəm ki, əgər o, prezident olsaydı, 2020-ci ildə onun qələbəsini oğurlamasaydılar, o zaman bəlkə də 2022-ci ildə Ukraynada yaranmış böhran olmazdı”, - Putin bildirib.
Kreml rəhbəri vurğulayıb ki, Moskva Ukrayna ilə bağlı danışıqlara hazırdır.
“Ümumiyyətlə, hazırkı administrasiya ilə kifayət qədər təmas nöqtəmiz ola və bu günün əsas problemlərinin həlli yollarını tapa bilərik. Bunların arasında strateji sabitlik, iqtisadiyyatla bağlı məsələlər var. Ona görə də yaxşı olardı ki, biz bugünkü reallıqlara əsaslanaraq, həm ABŞ-ı, həm də Rusiyanı maraqlandıran bütün sahələr haqqında sakit şəkildə görüşsək", - Rusiya prezidenti bildirib.