İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi, nazirin köməkçisi Müctəba Dəmirçilu XİN-də Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə görüşüb.
Dəmircçilu Azərbaycanda bəzi dairə və şəxslərin mənfi hərəkətlərinə, o cümlədən iranlı tələbələrə qarşı yersiz rəftarlara işarə edərək qeyd edib ki, bunlar ikitərəfli münasibətlər üçün zərərlidir.
Bununla bağlı İranın etirazını bildirib və bu mənfi hərəkətlərin təşəbbüskarları və icraçılarına qarşı addımlar atmağa çağırıb.
Azərbaycan səfiri bəzi yersiz bəyanatlara və hərəkətlərə görə təəssüfləndiyini bildirib və məsələni ölkəsinin hakimiyyət orqanlarına çatdıracağına söz verib.