Davosda Ermənistan və Tailand Krallığının baş nazirləri Nikol Paşinyan və Paetonqtarn Şinavatra arasında görüş baş tutub.
Həmsöhbətlər ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar və bunun üçün yüksək texnologiyalar, turizm, ticarət, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivli olduğuna əmin olduqlarını bildiriblər.
Ermənistan və Tailandın baş nazirləri yaxın gələcəkdə əməli addımlar atmaq üçün müvafiq idarələrin rəhbərlərinə göstəriş vermək barədə razılığa gəliblər.