Ermənistan-Kanzas əməkdaşlıq proqramı çərçivəsində Kanzas ştatının general-adyutantı, Milli Qvardiyanın komandanı, briqada generalı Maykl Venerdinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-23-də Ermənistanda işgüzar səfərdə olub. Bu barədə məlumatı ER Müdafiə Nazirliyi yayıb.
Tərəflər Ermənistan-Kanzas Ştat Tərəfdaşlığı Proqramının icrasının hazırkı səviyyəsini yüksək qiymətləndirərək, əməkdaşlıq sahəsinin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladılar və bu istiqamətdə işləməyə hazır olduqlarını bildiriblər.
Görüş zamanı tərəflər müdafiə sektorunda Ermənistan-ABŞ əməkdaşlığının gündəliyi ilə bağlı məsələlərə də toxunublar.