Ümumiyyətlə, Azərbaycanın verdiyi bəyanatlar narahatlıq doğurur. Bundan əlavə, biz intensiv hərbi təlimlərin keçirildiyini görürük, üstəlik, digər ölkələrdən də böyük ehtimalla Bakıya hərbi texnika daşıyan intensiv uçuşlar görürük.
Bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin brifinqləri zamanı bildirib.
"Biz son illərdə regionda mümkün qədər sabitliyin yaradılması üçün müxtəlif istiqamətlərdə çalışmışıq”. Onun sözlərincə, Aİ-nin Monitorinq Missiyasının Ermənistanda olması, Ermənistanın Roma Statutuna qoşulması, Ermənistanda aparılan hərbi islahatlar sabitlik baxımından mühüm faktorlardır və bunlar hamısını birlikdə nəzərə alınır.