On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırır. Bu barədə “Turan” informasiya agentliyi yazır.
“Biz, aşağıda imza edənlər bir daha Avropa Şurası Parlament Assambleyasını 2025-ci ilin yanvar sessiyasında Azərbaycanın səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün aydın və ölçü meyarlarını hazırlamağa çağırırıq”, – müraciətdə deyilir.
Müraciət müəllifləri qeyd edirlər ki, Bakı “daim beynəlxalq mexanizmlərlə əməkdaşlığın olmamasını nümayiş etdirir və insan hüquqlarının sistemli şəkildə pozulmasını həll etmir”.
Müraciətin o da deyilir ki, Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qayıtması üçün saxlanılan vətəndaş fəallarının, jurnalistlərin və hüquq müdafiəçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi vacibdir.
Petisiyanı Azərbaycanda repressiyalara son qoyulması üzrə Kampaniya, Jurnalistləri Müdafiəsi Komitəsi, Freedom Now, İnsan Hüquqları Evləri Fondu, Human Rights Watch, İnsan Hüquqları Rəsədxanası çərçivəsində Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, İnsan Hüquqları Rəsədxanası çərçivəsində İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) imzalayıb.