Brüssel və London ABŞ prezidenti Donald Trampın administrasiyası Aİ və Böyük Britaniyadan idxal olunan mallara rüsumları artırmaq qərarına gələrsə, cavab tədbirləri hazırlayıb.
Bu barədə Politico yazıb.
Avropa və Britaniya rəsmiləri ümid edirlər ki, hələ də Trampı tarifləri tətbiq etməməyə razı sala biləcəklər. Eyni zamanda, onlar “ABŞ-dan gələn mallara tariflər daxil olmaqla, bir sıra cavab tədbirləri hazırlayıblar”.