Nikol Paşinyan Türkiyənin Bolu şəhərində baş vermiş faciəvi yanğında həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.
Bu barədə Paşinyan öz X mikrobloqunda yazıb.
“Bolu dağ-xizək rezortunda baş verən faciə sarsıdıcıdır. Mən həlak olanların ailələrinə başsağlığı verirəm”.
Son məlumatlara görə, yanğın qurbanlarının sayı 76-ya çatıb, 52 qurbanın şəxsiyyəti məlum olub.