Yanvarın 21-də səfir Tiqran Balayan Belçika Senatının sədri Valeri de Bou ilə görüşüb.
Görüşdə Ermənistan və Belçika, eləcə də Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın əldə etdiyi nailiyyətlər və bu proseslərdə parlament diplomatiyasının mühüm rolu müzakirə edilib. Bu barədə Ermənistanın Belçikadakı səfirliyi məlumat yayıb.
“Səfir Balayan həmsöhbətinin xahişi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına, eləcə də Cənubi Qafqazda sabit sülhün bərqərar olmasına yönəlmiş Ermənistan Respublikasının ardıcıl səylərini və ER hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” layihəsini təqdim edib”, - bəyanatda deyilir.