Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Maykl Uoltsu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Təhlükəsizlik Şurasının katibi M.Uoltsu fəaliyyətində uğurlar arzulayıb və Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin inkişaf üçün böyük potensiala malik olduğunu və Ermənistanın buna hazır olduğunu əminliklə vurğulayıb.
Armen Qriqoryan yanvarın 14-də Vaşinqtonda imzalanmış Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanı nailiyyət kimi qeyd edib və qarşılıqlı faydalı ikitərəfli gündəliyin təşviqinin vacibliyini vurğulayıb.