Biz ikitərəfli münasibətlərimizin Rusiya ilə Ermənistan arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsini istəməyən qeyri-regional qüvvələrin mənfi təsirindən azad olmasını təmin etməkdə maraqlıyıq. Bunu Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
O qeyd edib ki, bütün sahələrdə ikitərəfli münasibətlər bundan sonra da tələb olunacaq və bütün istiqamətlərdə, o cümlədən hərbi-siyasi və iqtisadi sahədə Ermənistan və Rusiya qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəklər.
Lavrov bildirib ki, Mirzoyan onu Ermənistana dəvət edib. O, bu dəvətdən yararlanacağına söz verib.
O, həmçinin qeyd edib ki, hazırda Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienkonun Ermənistana səfərinə hazırlıq gedir.