Rusiya və Çin prezidentləri videokonfrans vasitəsilə danışıqlar aparıblar.
Vladimir Putin bəyan edib ki, Moskva və Pekin arasında əməkdaşlığın əsasını hər iki ölkənin milli maraqları təşkil edir.
“Bizim münasibətlərimiz özünü təmin edir, daxili siyasi amillərdən və ya cari qlobal hadisələrdən asılı deyil”, - Putin bildirib.
Putin əlavə edib ki, Rusiya və Çin beynəlxalq platformalarda öz addımlarını koordinasiya edir, Avrasiya məkanında və bütün dünyada bölünməz təhlükəsizlik istiqamətində çalışırlar.
Si Cinpin həmçinin Çin-Rusiya qaz kəmərinin şərq marşrutunun hətta vaxtından əvvəl tam istifadəyə verilməsindən məmnunluğunu ifadə edib. O, beynəlxalq ədalət və bərabərlik naminə ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmağa və xarici qeyri-müəyyənliklərə qarşı durmağa hazır olduğunu da bildirib.