“Mülki müqavilə” partiyasının xarici əlaqələr üzrə məsul işçisi olaraq Narek Mkrtçyan ABŞ-ın ən böyük “NewsMax Media” şirkətinin dəvəti ilə Endryu Mellon konfrans zalında prezident Donald Trampın andiçmə mərasiminə həsr olunmuş gecədə iştirak edib. Bu barədə Ermənistan Respublikasının əmək və sosial məsələlər naziri N. Mkrtçyan “Facebook”da yazıb.
“Tədbir zamanı mənim ABŞ-ın yeni dövlət katibi Marko Rubio, prezident Trampın çoxdankı dostları Kristofer Rudi, Patrik Orlando və bir sıra digər yüksək səviyyəli rəsmilər və beynəlxalq qonaqlarla səmimi ünsiyyətdə olmaq üçün yaxşı fürsətim oldu”, - deyə Narek Mkrtçyan qeyd edib.