ABŞ Senatı Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiq edib. Konqresin yuxarı palatasında Rubio 99 senatorun dəstəyini aldı və yeni Amerika administrasiyasının Senat tərəfindən təsdiq edilən ilk üzvü oldu.
ABŞ-ın yeni dövlət katibi Çinə qarşı sərt mövqeyi və İsrailə güzəştsiz dəstəyi ilə tanınır.
Senatda dinləmələr zamanı o, Çindən asılılığı azaltmağa və ABŞ-ın maraqlarını təşviq etməyə yönəlmiş xarici siyasət yürüdəcəyini vəd edib.
Bu həftə Senatda bir sıra digər əsas təyinatlar üzrə də səsvermə gözlənilir.