Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Ararat Mirzoyanla görüşündə regional təhlükəsizlik məsələlərinə toxunub.
“Biz 2020-2022-ci illərdə üç ölkə liderinin əldə etdiyi üçtərəfli bəyanatların işlənməsi məntiqinə uyğun olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlərdə normallaşması üçün lazımi dəstəyi verməyə hazırıq”, - Sergey Lavrov bildirib. O qeyd edib ki, Moskva bu sazişləri aktual hesab edir.