Xarici işlər naziri Ararat Mirzoyan Marko Rubionu ABŞ dövlət katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
"Dövlət katibi vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ermənistan ABŞ ilə ortaq dəyərlərə və maraqlara əsaslanan strateji tərəfdaşlığı yüksək qiymətləndirir".
“Biz iki ölkəmizin təhlükəsizliyinə, demokratiyasına və rifahına töhfə vermək üçün əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik”, - Mirzoyan X-in mikrobloqunda yazıb.
Bundan əvvəl ABŞ Senatı Marko Rubionu ABŞ dövlət katibi vəzifəsinə təsdiq edib.