14 illik müharibə zamanı yarı muxtar zona yaradan Suriya kürdlərinin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri” (SDF) Dəməşqdə yeni administrasiya ilə danışıqlar aparır.
SDF komandiri Mazlum Abdi (həmçinin Mazlum Kobani kimi tanınır) Səudiyyə Ərəbistanının “Asharq News” kanalına müsahibəsində bildirib ki, onların əsas tələblərindən biri Suriyanın mərkəzləşdirilməmiş idarəçiliyidir.
O qeyd edib ki, SDF “hərbi blok” kimi və ləğv olunmadan Müdafiə Nazirliyi ilə inteqrasiyaya açıqdır.
Suriyanın yeni müdafiə naziri Murhaf Əbu Kasra bu təklifi rədd edib. Dəməşqdə Reuters agentliyinə bildirib:
“Suriyanın saysız-hesabsız silahlı qruplarının vahid komanda strukturuna inteqrasiyası yeni hökumət üçün prioritetdir və Suriya Demokratik Qüvvələri bu mürəkkəb məsələnin həllini gecikdirir”.