Azərbaycanın Baş Prokurorluğu AZAL təyyarəsinin Aktuada qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiyanın müvafiq qurumları, hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.
Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hər üç ölkədə cinayət işi başlanılıb, istintaq aparılır.
“Hər üç dövlət özünə aid sübutları toplayır, sonradan bu sübutların birgə tədqiqatı aparılacaq”,- o qeyd edib.