Gürcüstan Azərbaycan və Ermənistana müxtəlif sahələrdə üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edir. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclasında çıxışı zamanı deyib.
“Biz praktiki addımların atılmasında və regionda əməkdaşlığın təşviqində səmimi maraqlıyıq”, - Kobaxidze bildirib.
Dünən Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili bildirib ki, lazım gələrsə, Gürcüstan Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün bütün potensialından istifadə edəcək.