Kremldə Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında danışıqlar davam edir.
Putin ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edərək, eyni zamanda, Moskva ilə Tehran arasında imzalanacaq hərtərəfli strateji tərəfdaşlıq sənədinin iki ölkənin demək olar ki, bütün istiqamətlərdə qarşılıqlı fəaliyyətinə əlavə təkan verəcəyini qeyd edib.
Pezeşkian Rusiya ilə hərtərəfli əlaqələrin inkişafına əhəmiyyət verib.
“Biz Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərimizin strateji əhəmiyyətli və hərtərəfli xarakter daşıdığına inanırıq. Biz sizinlə söhbətimizi və dialoqumuzu güclü şəkildə davam etdirəcəyik", - İran prezidenti bildirib.