Yanvarın 16-da Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan “Vışeqrad dördlüyü təcrübəsi əsasında Ermənistan-Avropa İttifaqı strateji tərəfdaşlığının təşviqi” proqramı çərçivəsində keçirilən konfransın müzakirəsində iştirak edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Nazir müavini çıxışında xüsusən Avropa İttifaqı ilə əlaqələr kontekstində, Vışeqrad dördlüyü ilə əməkdaşlığa toxunub.
Paruyr Hovhannisyan Vışeqrad dördlüyü ölkələrinin Ermənistanla ən yaxşı təcrübə mübadiləsinin vacibliyini və ikitərəfli əlaqələrin inkişafında irəliləyişin olduğunu vurğulayıb.
Müzakirə zamanı Ermənistan-Aİ tərəfdaşlığının hərtərəfli və iddialı gündəliyinə və cari təşəbbüslərə toxunulub”, - məlumatda deyilir.