ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Co Vilson Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq sənədini alqışlayıb.
“Bizim Qafqazı ümumbəşəri sülh və rifah əsasında yenidən güclü etmək imkanımız var. Bunun üçün bizə Azərbaycan və Ermənistan xalqları arasında sülh sazişi lazımdır. Donald Tramp Yaxın Şərqə sülh gətirdiyi kimi, mən də onun Qafqazda da bunu edəcəyini bilirəm”, - ABŞ-ın respublikaçı konqresmeni X mikrobloqunda yazıb.