ER İqtisadiyyat naziri Gevorq Papoyan və nazir müavini Arman Xojoyan Ərzaq və Kənd Təsərrüfatı üzrə 17-ci Beynəlxalq Konfransda və Kənd Təsərrüfatı Nazirlərinin İllik Toplantısında iştirak etmək üçün Almaniya Federativ Respublikasının paytaxtı Berlində işgüzar səfərdədirlər. Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Nazir səfər çərçivəsində Ermənistanın Almaniyadakı səfirliyində Ermənistan Respublikasının Almaniya ərazilərindəki fəxri konsulları ilə görüşüb. Görüşdə Ermənistanın Almaniya Federativ Respublikasındakı səfiri Viktor Yengibaryan da iştirak edib.
Gevorq Papoyan Ermənistan iqtisadiyyatının vəziyyətini və onun investisiya cəlbediciliyini təqdim edib. Almaniyanın regionlarında Ermənistan iqtisadiyyatının təşviqi ilə bağlı tədbirlərin keçirilməsi imkanları müzakirə olunub.