Ermənistan Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin yaradılması ilə bağlı İsrail və HƏMAS arasında əldə olunan razılaşmanı alqışlayıb.
“Ermənistan Qəzzada hər iki tərəfdən girov və əsirlərin azad edilməsini təmin edən atəşkəs razılaşmasını alqışlayır.
Ümid edirik ki, bu, Fələstin və İsrail xalqlarının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq və daha geniş Yaxın Şərq regionunda hərtərəfli sülh və sabitliyə yol açacaq.
Biz beynəlxalq ictimaiyyətin, xüsusilə ABŞ, Qətər və Misirin bu mühüm mərhələyə gətirib çıxaran vasitəçilik səylərini yüksək qiymətləndiririk", - nazirliyin X səhifəsində deyilir.