Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryanın başçılıq etdiyi nümayəndə heyəti 15-17 yanvar tarixlərində Brüsseldə keçiriləcək NATO üzvü və tərəfdaş dövlətlərin Müdafiə Qərargah Rəisləri formatında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin clasında iştirak etmək üçün işgüzar səfərdədir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Sessiya cari qlobal və regional təhlükələr və çağırışlar haqqında məlumatlılığın artırılmasına və onların aradan qaldırılması üçün kollektiv həll yollarının axtarılmasına yönəlib.
İqlim dəyişikliyi, geniş yayılan qeyri-sabitlik, yeni yaranan və pozucu texnologiyalar, hibrid və kiber təhdidlər dövründə həyati dəstəkləyən mühüm infrastrukturun dayanıqlılığı, həmçinin NATO-nun başçılıq etdiyi əməliyyatlarda və missiyalarda tərəfdaş ölkələrin iştirakı ilə bağlı məsələlər müzakirə olunur.