Dünən tarixi hadisə baş verdi. Xarici işlər naziri Ararat Mirzoyan və dövlət katibi Entoni Blinken Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Əməkdaşlıq Xartiyasını imzalamaqla əlaqələrimizi strateji səviyyəyə qaldırdılar. Bu barədə xarici işlər nazirinin müşaviri Vahan Hunanyan Facebook səhifəsində yazıb.
“Bundan az sonra ekspertlərdən biri müsahibəsində aylarla bu sənəd üzərində işlədiklərini bildirdi.
Vurğulayıram ki, Ermənistan-ABŞ strateji tərəfdaşlıq xartiyası ER Xarici İşlər Nazirliyinin və ABŞ Dövlət Departamentinin səyləri nəticəsində mümkün olub, ER və ABŞ-ın dövlət strukturları birgə çalışıblar və başqa heç bir dairə bu prosesə cəlb olunmayıb"- deyə o yazıb.