Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian cümə günü Kremldə danışıqlar aparacaq. Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Moskva Tehranla yaxınlaşan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasına böyük əhəmiyyət verir”, - Kreml sözçüsü qeyd edib. O əlavə edib ki, saziş heç bir başqa ölkəyə qarşı yönəlməyib.
İranın Rusiyadakı səfiri Kazem Cəlali də Rusiya ilə İran arasında tərəfdaşlıq müqaviləsinin 20 il müddətinə imzalanacağını açıqlayıb.