Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyi bu gün Ermənistanla ABŞ arasında imzalanacaq strateji tərəfdaşlıq sənədinə istinad edərək qeyd edib ki, onu qiymətləndirmək üçün müvafiq sənədlərlə tanış olmaq lazımdır.
KTMT bəyan edib ki, Vaşinqtonla belə tərəfdaşlığın yaradılması ikitərəfli münasibətlərin inkişafı çərçivəsində Ermənistan Respublikasının suveren hüququdur.
"Lakin bərabər və bölünməz təhlükəsizlik prinsipinin əsas götürülməsi vacibdir, yəni bu tərəfdaşlıq digər dövlətlər və beynəlxalq təşkilatlar üçün təhlükəsizlik təhdidləri yaratmamalıdır".