Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanla münasibətlərini yüksək qiymətləndirir.
“Bizim Ermənistanla ikitərəfli münasibətlərimiz var. Bu əlaqələr bizim üçün qiymətlidir. Biz onları daha da inkişaf etdirmək niyyətindəyik", - Peskov Ermənistan və ABŞ arasında bu günə planlaşdırılan strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasını şərh edərkən deyib.
Kremlin sözçüsü həmçinin iki ölkənin inteqrasiya proseslərində, o cümlədən Aİİ çərçivəsində əməkdaşlığının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu münasibətlər Ermənistana və erməni xalqına “əhəmiyyətli dividendlər” verir.
Peskovun sözlərinə görə, ABŞ Cənubi Qafqazda heç vaxt stabilləşdirici rol oynamayıb.