Bu gün Vaşinqtonda ER xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənədi imzalayacaqlar. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tədbir Yerevan vaxtı ilə saat 22:00-da baş tutacaq.
İmzalanma mərasimi ABŞ Dövlət Departamentinin YouTube kanalında canlı yayımlanacaq.