ABŞ Dövlət Departamentində Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi olub. Sənədi Ermənistan tərəfdən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ABŞ tərəfdən isə dövlət katibi Entoni Blinken imzalayıb.
Ermənistan Respublikası və Amerika Birləşmiş Ştatları:
1. Dostluq və strateji tərəfdaşlığının əhəmiyyətini təsdiq edir. Hər iki ölkənin xeyrinə öz tərəfdaşlığını dərinləşdirmək və geniş qarşılıqlı prioritetlər çərçivəsində əməkdaşlığı genişləndirmək məqsədindədir.
2. Tərəflər iki demokratik ölkə arasında bu əməkdaşlığın ümumi dəyərlərə və ortaq maraqlara əsaslandığını vurğulayir. Bunlara demokratiyanın və iqtisadi azadlığın təşviqi, suverenliyin və ərazi bütövlüyünün qorunması, qanunun aliliyinin və insan hüquqlarına və əsas azadlıqlarına hörmətin gücləndirilməsi, innovasiya və texnoloji tərəqqinin dəstəklənməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi daxildir.
3. Tərəflər diplomatik, iqtisadi, enerji, yüksək texnologiyalar, təhsil, elm, mədəniyyət, hüquq, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri gücləndirmək üçün qarşılıqlı istəklərini vurğulayırlar.