Yanvarın 14-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İran İslam Respublikası Məclisinin İran-Ermənistan dostluq qrupunun rəhbəri Ara Şahverdyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ER Parlamentinin Ermənistan-İran Dostluq Qrupunun rəhbəri Narek Babayan və İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani də iştirak ediblər. Bu barədə Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətinin Ermənistana səfərini alqışlayan Gevorq Papoyan vurğulayıb ki, Ermənistanla İran arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və onların qorunub saxlanılması və dərinləşdirilməsi üçün ticarət dövriyyəsinin həcminin artırılması və əməkdaşlıq sahələrinin genişləndirilməsi istiqamətində əməli addımları aktivləşdirmək lazımdır.
Sonra tərəflər iqtisadi sahədə əməkdaşlığın ən perspektivli istiqamətlərini müzakirə ediblər. Bu kontekstdə sənaye, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları xüsusilə vurğulanıb.