Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya səfər etmək üçün dəvət alıb.
Lavrovun sözlərinə görə, Mirzoyan dəvəti qəbul edib və səfər yaxın vaxtlarda baş tuta bilər.
"Bizim dialoqumuz davam edir", - rusiyalı diplomat bildirib.