İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai mətbuat konfransı zamanı Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədyanın Yerevan və Bakıya səfəri ilə bağlı sualı cavablandıraraq bildirib ki, səfər əvvəlcədən planlaşdırılmış idi.
“Bizim üçün Cənubi Qafqazın təhlükəsizliyi çox önəmlidir və biz bu təhlükəsizliyi və sabitliyi qorumaq və möhkəmləndirmək üçün bütün imkanlardan istifadə edirik. Əminik ki, bunları kənar müdaxilələrdən uzaq, region ölkələri təmin etməlidir.
Bu səfərlər həmin iki ölkə ilə münasibətləri və müzakirələri gücləndirmək məqsədi daşıyırdı ki, biz əmin olaq ki, regionda sülhün qorunmasına və möhkəmlənməsinə yönəlmiş əvvəlki proseslər, o cümlədən “3+3” davam edəcək və İran isə öz imkanları daxilində bu istiqamətdə dəstək verməyə hazırdır”.